Şrift:
Təbrizdə koronavirusa yoluxmuş ana sağlam uşaq dünyaya gətirib
01.05.2020 [11:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Təbriz şəhərində koronavirusa yoluxmuş ananın dünyaya gələn uşağında koronavirus testinin cavabı mənfi olub.





Məlumata görə, infeksiyaya yoluxan 28 yaşlı ana ciddi tənəffüs problemlərinə görə aprel ayının 20-də xəstəxanaya yerləşdirlib. Dünən həkimlər hamiləliyin 30-cü həftəsində uşağı dünyaya gətirməyə qərar verdilər.





Çəkisi 1.5 kiloqram olan körpə xəstəliyə yoluxmaması üçün anasından uzaq saxlanılır və ana südündən qidalanmır.





Məlumata görə, körpə sağlamdır və hazırda süd bankının yardımı ilə qidalanır.
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed