Şrift:
İsrail Suriyada Bəşər Əsəd rejiminin və İran hərbçilərinin mövqelərinə raket zərbələri endirib
01.05.2020 [15:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsrail ordusunun hərbi helikopterləri aprelin 30-u axşam saatlarında Suriyada Bəşər Əsəd rejiminin və İran hərbçilərinin mövqelərinə yenidən raket zərbələri endirib.



“Əl-Ərəbiyyə” telekanalının yaydığı xəbərə əsasən, Colan yüksəkliklərindən səmaya qalxan İsrail helikopterləri Suriyanın Suriyanın “Əl-Qənitrə” bölgəsində yerləşən Bəşər Əsəd rejimi ilə İran hərbçilərinə məxsus hərbi qərargahlarına 5 raket atıb.



Raket zərbələri nəticəsində ölən və yaralananların sayı barədə hələlik hər hansı bir məlumat yayılmayıb.



Suriya İnsan Haqları Monitorinq Qrupu isə bəyanat yayaraq, İsrail ordusunun hava hücumunda Suriya rejiminin və İrana bağlı hərbçilərin mövqelərinin hədəfə alındığını təsdiq etsə də, hücumun detallarını açıqlamayıb

Qeyd edək ki, İsrail son 1 həftə ərzində Suriyada "Sepah" terror təşkilatı və Hizbullaha məxsus mövqelərə 3-cü dəfə hava hücumu edib. İsrail ordusunun aprelin 26-da Suriyada həyata keçirdiyi hava hücumu nəticəsində "Sepah” terror təşkilatının 4 muzduru və 3 Suriya rejiminin hərbçisi həlak olub.
Bu xəbər oxucular tərəfindən 159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed