Şrift:
İranda daha 63 nəfər koronavirusdan ölüb, 1006 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb
01.05.2020 [15:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mayın açıqlamasında ölkədə koronavirus pandemiyası qurbanlarının yeni statistikasını yayıb.



Cahanpur deyib ki, İranda son bir sutka ərzində daha 63 nəfər xəstəlikdən ölüb: “Həmin müddət ərzində həmçinin daha 1006 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bununla da bu günə qədər ölkədə “Covid-19” infeksiyasından ölənlərin ümumi sayı 6091 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 95646 nəfərə çatıb.



Həmçinin dünəndən bu günə qədər xoşbəxtlikdən koronavirus xəstəliyindən sağalıb evə buraxılanların sayı da artaraq, 76318 nəfərə yüksəlib. Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxanlardan 2899 nəfərinin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur koronavirus pandemiyası qurbanlarının yeni statistikanı yayarkən bəyan edib.


Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 6091 nəfərə, yoluxanların sayının isə 95646 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, ölkədə indiyə qədər koronavirusdan ölənlərin sayının 37 mini keçdiyini, yüzlərlə min insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 192 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed