Şrift:
Cənubi Koreyada helikopter qəzasında 2 nəfər ölüb
01.05.2020 [15:48] - Gündəm, Hadisə
Cənubi Koreyanın Cənubi Qyonqsan vilayətində içərisində 7 nəfərin olduğu helikopter Ciri dağında qəzaya uğrayıb.

Yerli KİV-lər xəbər verir ki, xilasetmə missiyasını yerinə yetirən helikopter ürək problemi olan şəxsi xəstəxanaya apararkən günorta saatlarında Sançonq qəsəbəsi yaxınlığında idarəetməni itirək yerə çırpılıb.

Bildirilir ki, həvəskar qayayadırmanma ilə məşğul olan 65 yaşlı kişinin qəfildən ürəyi tutub. Köməyə gələn helikopter onu və həyat yoldaşını götürdükdən bir qədər sonra qəzaya uğrayıb. Hər iki şəxs xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Helikopter alçaqdan uçduğundan 5 nəfər ekipajdan heç biri ciddi xəsarət almayıb.
Bu xəbər oxucular tərəfindən 254 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed