Şrift:
Ukraynada koronavirus: 11411 nəfər yoluxub, 279 nəfər həyatını itirib
02.05.2020 [11:25] - Gündəm, Sosial
Ukraynada son sutkada 550 nəfər koronavirusa tutulub. Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 11411 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusdan 7 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 279 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 1498 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada COVID-19-a yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

Qeyd edək ki, ölkədə mayın 11-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.
Bu xəbər oxucular tərəfindən 65 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed