Şrift:
Rəştdə 400 təqaüdçü koronavirusdan ölüb
02.05.2020 [11:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Rəşt Təqaüdçülər Mərkəzinin rəhbəri İbrahim Yusifzadə şəhərdə 400 təqaüdçünün koronavirusdan öldüyü barədə məlumat yayıb.



Onun sözlərinə görə, infeksiyadan ölən həmin yaşlıların ailəsinə dəfn mərasimi üçün maddi yardım göstərilib. İbrahim Yusifzadə həmçinin qeyd edib ki, bölgədə yaşayan 68 mindən çox təqaüdçünün hamısı maddi baxımdan acınacaqlı vəziyyətdədir.



Qeyd etmək lazımdır ki, Gilan əyaləti və Rəşt şəhəri İranda koronavirusun kəskin yayıldığı bölgələrdəndir. Bu xüsusda Səhiyyə Nazirliyinin bölgədəki nümayəndəsi və əyalətin Milli Məclisdəki deputatı dəfələrlə Gilanda vəziyyətin böhranlı olduğu barədə rəsmilərə xəbərdarlıq ediblər.



Bəzi rəsmilər və media orqanları dövlətdən infeksiyadan ölmüş şəxslərin statistikasını əyalətlər üzrə təqdim etməyi tələb etsələr də, rejim bu addımı atmaqdan imtina edir.
Bu xəbər oxucular tərəfindən 113 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed