Şrift:
Qərbi Azərbaycanda 79 yeni koronavirusa yoluxma faktı qeydə alınıb
02.05.2020 [11:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində son 24 saatda 79 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.





Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 164 nəfərə, xəstəliyə yoluxanların ümumi sayının isə 2734 nəfərə çatdığını bildirib. Ağazadənin sözlərinə görə, xəstəliyə yoluxanlardan 1428 nəfər tam sağalaraq evlərinə göndərilib.





Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 992 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 12 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 104 olub. Qızılbaşın dediyinə görə, infeksiyaya yoluxanlardan 786 nəfər tam sağalaraq evə buraxılıb.





Şərqi Azərbaycan əyalətində isə aprel 29 tarixində verilən məlumata görə, koronavirus infeksiyasından ölənlərin sayı 362 nəfərə, xəstəliyə yoluxanların sayı 4628 nəfərə çatıb.





Güney Azərbaycanın digər əyalətlərinin, o cümlədən, Həmədan, Ərdəbil və Qəzvinin səhiyyə xidməti məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamağı dayandırıb.
Bu xəbər oxucular tərəfindən 110 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed