Şrift:
İranda fəaliyyət göstərən mobil operatoru azərbaycanlılardan kürdlər üçün yardım toplayır
02.05.2020 [11:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiya şəhərindən olan əsgərin “Pejak” terror qruplaşması tərəfindən öldürülməsindən bir həftə keçməmiş İranda fəaliyyət göstərən mobil operator azərbaycanlılardan kürdlər üçün malı yardım toplamağa başlayıb.





İranın Sosial Təminat İdarəsinə bağlı "Raytel" mobil operatoru azərbaycanlı vətəndaşlara qısa mesaj göndərərək onları “Kürdüstan əyalətinin yoxsullarına yardım” kampaniyasına qoşulmağa çağırıb.





Telefon operatorunun bu hərəkəti azərbaycanlıların narazılığına səbəb olub. Vətəndaşlardan biri şirkətin mesajına cavab olaraq Azərbaycanın tanınmış şairi Bulud Qaraçorlu - Səhəndin “özgə çırağına yağ olmaq bəsdir” misrasını yazıb.





Qeyd edək ki, keçən ay İran Müstəzəflər (maliyyə baxımından zəif təbəqə) Fondunun rəisi Pərviz Fəttah “kulbər” adlandırdığı kürd qaçaqmalçılara koronavirus böhranı bəhanəsi ilə bir milyon tümən dəyəri olan kart hədiyyə ediləcəyini bildirmişdi (Azərbaycan şəhərlərində çiynində qaçaqmal daşıyan qaçaqmalıçı kürdlərə fars dilində “kulbər” deyilir).



İran rejimi bir halda kürd qaçaqmalçılara maliyyə yardımı göstərir ki, Azərbaycan şəhərlərində minlərlə fəhlə işsiz qalıb, ailələrinin gündəlik zəruri ehtiyaclarını təmin edə bilmir. Bu günədək onlara dövlət tərəfindən heç bir yardım edilməyib.





İranda qanunsuz ticarət və qaçaqmalçılıq işləri ilə əsasən sərhədyanı bölgələrdə yaşayan kürdlər məşğul olur. Onların bir çoxu yalançı təbliğata aldanaraq qaçaqmalçılıq yolu ilə əldə etdikləri sərvəti PKK və digər kürd terror qruplaşmalarının ideyaları uğrunda xərcləyir, bölgədə bir çox ictimai, siyasi və iqtisadi problemlərə yol açırlar.





Məsələn, Qərbi Azərbaycanda bölgənin kürdləşdirilməsi planından xəbərsiz olan bəzi soydaşlarımız şəxsi daşınmaz əmlakını həmin qaçaqmalçılara satır, nəticədə Azərbaycanın şəhər və kəndlərinin demoqrafik tərkibi dəyişir. Bütün bunlara şahid olan İran rejimi müxtəlif vasitələrdən istifadə edərək Qərbi Azərbaycanda kürd amilini gücləndirməkdədir.
Bu xəbər oxucular tərəfindən 112 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed