Şrift:
Təbriz-Urmiya yolunda baş verən avtomobil qəzasında ölən və xəsarət alanlar var
02.05.2020 [11:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Təbriz-Urmiya magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.





Şərqi Azərbaycan əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin mətbuat katibi Vəhid Şadiniyanın mətbuata verdiyi məlumata görə, dünən axşam saatlarında baş verən hadisədə bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.





Məlumata görə, hadisədə pikap tipli avtomobil ilə “Prayd” markalı minik maşını toqquşub.





Hadisə nəticəsində yaralananlar Urmiyada xəstəxanaya çatdırılıb.





Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər.




Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.
Bu xəbər oxucular tərəfindən 100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed