Şrift:
Rusiyada bir gündə koronavirusa 9623yeni yoluxma faktı qeydə alınıb
02.05.2020 [15:48] - Gündəm, Sosial
Rusiyada bir gündə koronavirusa 9623 yeni yoluxma faktı qeydə alınıb.

Ölkədə koronavirusa yoluxanların sayı bir gündə 9623 nəfər artaraq, 124 054 nəfərə çatıb. Gün ərzində 54 xəstə vəfat edib, 1723 adam sağalıb. Ötən gün aşkar edilən COVID-19-a yoluxanların 5358-i Moskva sakinidir.

Rusiya koronavirus infeksiyasına yoluxanların sayına görə Çin, İran və Türkiyəni geridə qoyaraq, yeddinci yerdə qərarlaşıb. Hazırda koronavirus xəstələrinin və bu infeksiyadan vəfat edənlərin sayına görə birinci yeri ABŞ tutur. Sonrakı yerlərdə İspaniya, İtaliya, Fransa, Almaniya və Böyük Britaniyadır.
Bu xəbər oxucular tərəfindən 211 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed