Şrift:
İranın Səhiyyə nazirinin müavini: "Koronavirusun 2-ci və 3-cü dalğasının yayılması qaçınılmazdır"
02.05.2020 [15:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Səhiyyə nazirinin müavini Məhəmmədrza Şanesaz ölkədə koronavirusun 2-ci və 3-cü dalğasının başlaması qaçınılmazdır.



Onun sözlərinə görə, səhiyyə rəsmiləri payız aylarında, yəni sentyabr, oktyabr və noyabrda ölkədə infeksiyanın yeni dalğasının başlayacağından narahatlıq keçirirlər. Nazir müavini əlavə edib ki, yeni dalğaların baş verməsi ilə bağlı heç bir şübhə yoxdur və bu hal qəti surətdə reallaşacaq.



Məhəmmədrza Şanesaz ölkə vətəndaşlarını virusa yoluxmamaq üçün fərdi gigiyena qaydaları və sosial izolyasiya tədbirlərinə riayət etməyə çağırıb.



Rəsmi sonda ölkəsinin koronavirusa qarşı vaksin hazırlama çalışdığını iddia edib, lakin hələlik görülən işlərin nəticə vermədiyini deyib.



Qeyd etmək lazımdır ki, İranda aprelin əvvəllərindən karantin rejiminin ləğv edilməsi, iş yerləri və dövlət idarələrinin yenidən açılması, habelə əyalətlər arasında gediş-gəliş məhdudiyyətinin qaldırılmasından sonra bəzi rəsmilər ölkədə koronavirusun növbəti dalğalarının baş qaldıracağını deyirlər.
Bu xəbər oxucular tərəfindən 203 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed