Şrift:
Gəncədə dörd evdən, bir avtomobildən və beş həyətdən oğurluq edən şəxs saxlanılıb
04.05.2020 [13:16] - Gündəm, Hüquq
Gəncə şəhərində oğurluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, şəhərin Nizami rayonu ərazisindəki dörd evdən pul, mobil telefon və qab-qacaq, “VAZ-2105” markalı avtomobildən mobil telefon, beş həyətdən isə su mühərrikləri oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Hadisə ilə bağlı təhqiqat aparılır.
Bu xəbər oxucular tərəfindən 103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed