Şrift:
Abbas Axundi: “Koronavirus səbəbilə ən azı 3 milyon nəfər işini itirib”
04.05.2020 [13:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın keçmiş yol və şəhərsalma naziri Abbas Axundi mayın 3-də jurnalistlərə açıqlamasında ölkədə milyonlarla insanın koronavirus səbəbilə işsiz qalmasından danışıb.



Axundi deyib ki, “Covid-19” infeksiyasının İranda yayılmasından sonra bir çox iş yerlərinin bağlanması səbəbilə ölknin müxtəlif iqtisadi sahələrində çalışan milyonlarla insan işsiz qalıb: “Statistik rəqəmlər göstərir ki, İranda koronavirus səbəbilə ən azı 3 milyon insan işini itirib. Əlbəttə ki, koronavirusdan əvvəlki işsizlər hələ bu statistikaya daxil edilmir və onların hesabı başqadır.



Şübhəsiz ki, pandemiya səbəbilə iş yerlərini itirən və hazırda evə çörək apara bilməyən insanların ailələrinin ağır iqtisadi durumu böyük ictimai və insani bir problemdir və hazırda İran da daxil olmaqla bir çox ölkələr bu problemlə üz-üzə qalıblar” -deyə, İranın keçmiş yol və şəhərsalma naziri Abbas Axundi əlavə edib.



Keçmiş nazir, ölkədə işsiz qalan vətəndaşların üzləşdiyi çətin maddi durumunun necə aradan qaldırılmasının vacibliyi və hökumətin bununla bağlı üzərinə düşən vəzifəsi barədə hər hansı bir fikir və ya təklif irəli sürməyib.
Bu xəbər oxucular tərəfindən 92 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed