Şrift:
Güney azərbaycanlı fəal və tanınmış idmançı Kərim İsmayılzadə yenidən saxlanılıb
04.05.2020 [13:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəal və tanınmış idmançı Kərim İsmayılzadə (Kərim Boksor) İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.





Son aylarda dəfələrlə həbs edilən milli fəal mayın 4-də Təbriz şəhərində saxlanılıb.





Fəalın hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.





O daha öncə fevral 27-də Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında ictimaiyyəti təşvişə salmaq ittihamı üzrə Ettelaat (Kəşfiyyat) İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb, bir neçə gün saxlandıqdan sonra müvəqqəti azadlığa buraxılmışdı.





Kərimzadə fevral ayında keçirilən parlament seçkiləri zamanı Qərbi Azərbaycan şəhərlərində fərqli vəziyyət olduğunu bildirərək əhalini seçkilərdə aktiv olmağa çağırmışdı.





Milli fəal növbəti dəfə martın 17-də Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, bir müddət sonra sərbəst buraxılmışdı.





İctimai məsələlərdə fəallığı ilə tanınan idmançı bundan əvvəl Azərbaycan əhalisini sel və zəlzələ bölgələrinə yardım etməyə, Qərbi Azərbaycanda seçkilərdə aktiv olmağa, eləcə də ana dilini müdafiə etmək məqsədi ilə sosial şəbəkə səhifələrində türkcə kitablar paylaşmağa və azərbaycanlı yazıçılara dəstək verməyə çağırmışdır.
Bu xəbər oxucular tərəfindən 80 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed