Şrift:
Herat valisindən İrana: "Bir gün bütün bunlara görə hesab verəcəksiniz"
04.05.2020 [13:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əfqanıstanın Herat əyalətinin valisi Vəhid Qəttali İran sərhədçilərinin bir qrup qeyri- qanuni əfqan miqranta qarşı sərgilədiyi qeyri- insani rəftara reaksiya verib.



O, dünən "Twitter" səhifəsində yazdığı statusda bildirib ki, bir gün İran bütün olanlara görə bizə hesab verəcək.



Vali qeyd edib ki, İranın təhlükəsizlik qüvvələri təxminən 50 qeyri- qanuni əfqan miqrantı öz ölkələrinə geri qayıtmaları üçün Herirud çayına atıblar.



Qeyd etmək lazımdır ki, sözügedən hadisə bir neçə gün öncə yaşanıb. Qayıqla İrana keçmək istəyən təqribən 50 əfqan miqrant İran sərhədçiləri tərəfindən saxlanılıb. Sərhədçilər həmin miqrantları vəhşicəsinə döyüb, daha sonra onları geri qayıtmaları üçün Herirud çayına atıblar. Hadisə nəticəsində 12 nəfər sağ qala bilsə də, 8 nəfərin cəsədi çaydan çıxarılıb. Qalan insanların taleyindən xəbər yoxdur və onların tapılması üçün axtarış işləri davam edir.



Xilas olan şəxslər bildirirlər ki, İran sərhədçiləri onları 1 gün həbsdə saxladıqdan sonra Herirud çayına atıblar. O əsnada həmin insanlardan çoxu suda batıb.



Əfqanıstan hökm sürən müharibə səbəbindən bu ölkə vətəndaşları həyatlarını xilas etmək üçün qeyri-qanuni yollarla İrana üz tuturlar. BMT-nin məlumatına görə, İranda 1 milyondan çox qeydiyyata alınmış, 2 milyondan çox isə qeyri- qanuni miqrant var.



Digər tərəfdən, Əfqanıstanda qeyri- stabilliyin davam etməsinə bais olan əsas ölkələrdən biri İrandır. Rəsmi Tehran son illər ərzində Taliban terror təşkilatına böyük miqdarda hərbi, mali və siyasi dəstək göstərir.
Bu xəbər oxucular tərəfindən 83 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed