Şrift:
Gürcüstan mayın 5-dən Batumi və Kutaisi şəhərlərinə giriş-çıxışı açacaq
04.05.2020 [13:49] - Gündəm, Borçalı
Gürcüstan hökuməti mayın 5-dən etibarən Batumi və Kutaisi şəhərlərinə giriş-çıxışı açacaq.

Gürcüstan KİV-ləri xəbər verir ki, bu barədə Baş nazir Georgi Qahariya hökumətin iclasından öncə təşkil olunan brifinqdə deyib.

“Sabahdan başlayaraq Batumi və Kutaisi şəhərlərində hərəkətə qoyulan bütün məhdudiyyətlər aradan qaldırılacaq. Tbilisi və Rustavidə isə müəyyən məhdudiyyətlər qalacaq. Bu, sərhədyanı rayonlardakı epidemioloji vəziyyətlə bağlıdır. Düşünürəm ki, həftənin sonlarına qədər Tbilisi və Rustavi şəhərlərinin acıması məsələsi müsbət həllini tapacaq”, - deyə Georgi Qahariya bildirib.

Ölkədə koronavirusun yayılması ilə mübarizə çərçivəsində aprelin 15-dən Tbilisi, Batumi, Kutaisi və Rustavi şəhərlərinə giriş-çıxış qadağan edilib. Bu şəhərlərdə əhalinin ümumi sayı 1,6 milyon nəfərdən çoxdur.

Gürcüstanda pandemiya səbəbindən martın 21-dən mayın 22-dək fövqəladə vəziyyət rejimi tətbiq olunub. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 13:20-yə olan məlumatına əsasən, ölkədə 593 yoluxma və 9 ölüm faktı qeydə alınıb, 223 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
Bu xəbər oxucular tərəfindən 3807 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed