Şrift:
Daşkənddə yaşayan soydaşlarımız Sırdərya vilayətindəki qəzadan zərərçəkənlərə yardım göndəriblər
05.05.2020 [10:59] - Xəbərlər, Siyasət
Özbəkistan Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Komitəsində təmsil olunan milli mədəniyyət mərkəzləri Sırdərya vilayətindəki Sardoba su anbarında baş verən qəzadan zərərçəkənlərə yardım göndəriblər.

Yardıma qoşulan mədəniyyət mərkəzləri arasında Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) də var.

RAMMM Daşkənddəki azərbaycanlılar adından fəlakət zonasına ərzaq malları, gigiyenik vasitələr, dəftərxana ləvazimatı göndərib.

RAMMM-nin sədri Firdovsi Hüseynov deyib: “Biz Özbəkistanda yaşayan azərbaycanlılar bu xeyriyyə aksiyasından kənarda qala bilməzdik. Ona görə də imkanlı adamlarımız özləri təşəbbüs göstərdilər və biz də fəlakətə düçar olan adamlara öz kömək əlimizi uzatdıq”.

Xatırladırıq ki, mayın 1-də səhər saatlarında güclü yağış və külək nəticəsində Sardoba su anbarındakı bəndin bir hissəsi dağılıb,

yaşayış məntəqələrinə, kommunikasiya şəbəkələrinə, yollara, kənd təsərrüfatı sahələrinə böyük zərər dəyib. Qəzadan sonra zərərçəkən 60 adam xəstəxanaya yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 230 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed