Şrift:
Tacikistanda koronavirusa yoluxanların sayı 230-a çatıb
05.05.2020 [11:04] - Gündəm, Sağlıq
Son sutka ərzində Tacikistanda COVID-19 koronavirusuna yoluxanların sayı 102 nəfər artaraq 230-a çatıb.

Tacikistan Səhiyyə Nazirliyi xəbər verir ki, bunların 110-u Düşənbədə, 70-i Soqd vilayətində, 21-i Xatlonda, 7-si Dağ Bədəxşanda, 22-si digər şəhər və rayonlarda qeydə alınıb.

Bildirilir ki, hazırda xəstəxanalarda 3208 nəfər var. Son sutka ərzində 246 nəfər evə yazılıb. Ölkədə koronavirusdan 3 nəfər ölüb.

Tacikistanda koronavirus ilk dəfə aprelin 30-da rəsmi olaraq etiraf edilib.
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed