Şrift:
Dolu Güney Azərbaycan kənd təsərrüfatına 5 milyon dollardan çox ziyan vurub
05.05.2020 [11:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son iki gündə yağan güclü yağış və dolu nəticəsində Qərbi Azərbaycanın kənd təsərrüfatına 87 milyard tümən ($5.4 milyon) ziyan dəyib.





Qərbi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı Təşkilatının rəsmisi Əmir Savəci bildirib ki, son iki gündə yağan leysan yağışları və düşən dolu əyalətin Urmiya və Çaypara rayonunda bağlara və əkin yerlərinə bir çox ziyan vurub.





O, əlavə edib ki, Urmiya kəndlərinin meyvə bağlarına 30 faiz ziyan dəyib.





Savəcinin sözlərinə görə, Urmiyada 2 min 350 hektar bağa, Çayparada isə 3 min 200 hektar təsərrüfat ərazisinə ziyan dəyib.





“Hazırda mütəxəssislər hadisənin miqyasını araşdırır və dəqiq zərərin miqdarı yaxın günlərdə açıqlanacaq”- deyə Kənd Təsərrüfatı Təşkilatının rəsmisi artırıb.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed