Şrift:
Dünyanı qorxuya salan coronovirusun Çində labaratoriyada hazırlandığına dair ehtimallar yüksəlir.
05.05.2020 [11:15] - Xəbərlər, Siyasət
Dünyanı qorxuya salan coronovirusun Çində labaratoriyada hazırlandığına dair ehtimallar yüksəlir. Amerika Prezidentinin ardınca ölkənin xarici siyasətinə rəhbərlik edən Mayk Pompeoda deyibki, rəsmi Vaşinqtonda virüsün Çin laboratoriyasında hazırlandığına dair dəlillər var. Pompeo, ABC televiziyasına verdiyi müsahibə ilə Amerikanın kəşfiyyat xidmətlərinin virusun insan tərəfındən istehsal edilmədiyi ilə bağlı açıqlamaları inkar etmiş oldu. Prezident Trump da daha əvvəl virusun,Çində biyoloji silah laboratoriyasında istehsal edildiyini iddia etmişdi.

“Bizim bu barədə geniş sübutlarımız var.Biz əvvəldən də dedmişdik virus Çində başlayıb.Bizim bu açıqlamalarımızı dünya qəbul etmək istəmədi. Amma indi dünya bizim düz oldugumuzu qəbul edir.Yadınızda saxlayın Çinin dünyaya infeksiya yayamaqla bağlı uzun tarixi var. Bu birinci hal deyil.Amerikanın xüsusi xidmət orqanları bunu araşdırdıqca həqiqəti ortaya çıxaracaqlar. Bir daha deyirəm əlimizdəki sübutlar göstərir ki, virus Vuhanda labaratoriyadan çıxıb”

Amerika rəsmizi virusun labaratoriyada məhz insan əli ilə hazırlandığına dair suala ehtiyyatlı və şübhəli cavab verdi. Bu mövzuda da araşdırmaya ehtiyac görür. O, kəsfiyyat məlumatlarına da aydınlıq gətirdi. Xüsusi xidmət orqanları hələ araşdırmalarını davam etdirir dedi.Amerika mətbuatının ortaya atdığı iddialardan biri də odur ki,Çin rəsmiləri ilk gündən, dünyaya “burda qorxulu heç bir çey yoxdur” desə də, özləri ehtiyyat tədbirləri görüb. Nəticədə Çin fəlakətdə ən az insan itkisi ilə çıxıb. Dövlət Katibinin bu məsələyə mövqeyi belə olub.

“Sizin dediklərininzin demək olarki hamısı düzdü. Biz təstiqləyirik ki, Çinin Komunist Partiyası əlindən gələn hər şeyi etdi ki, dünya coronovirusla bağlı öyrənməsin. Bizim bununla bağlı çoxlu sübutlarımız var. Bu sübutların bir çoxu ictimayyətin müzakirəsindədir. Biz Çin-in xəbərdarlığını görmüşük, biz onu da bilirik ki, onlar jurnalistləri necə qovurdular, insanları və tibbi mütəxəsisləri bu barədə susulsun deyə səssiz saxladılar.Bütün bu hərəkətlər avtoritar rejimin sadə bir proseduru idi.”

Amerikanın kəşfiyyat dairlərindən gələn məlumatlar da isə hələlik virusun Çində labaratoriyada biyolojik silah olaraq hazırlanmasına inanmadıqlarını bildirirlər.Amma onların da ehtimallarında bunlar yer alıb.Virus ya, ət bazarında heyvan və insan təmasından keçib, ya da Vuhanda mülki insnalar tərəfindən işlədilən iki dövlət labaratoriyasında aprılan biyoloji qəzanın nəticəsidir.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed