Şrift:
Fransa polisinin uniformasını geyinərək oğurluq edən 4 iranlı həbs edilib
05.05.2020 [11:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fransada bu ölkənin polis formasını geyinərək, xarici sürücülərdən 25 min avro oğurlayan 4 İran vətəndaşı saxlanılıb.



3 kişi və 1 qadından ibarət olan dəstə üzvləri özlərini Fransa polisi kimi təqdim edərək, xarici vətəndaşların avtomobil və ya yük maşınlarını saxlayıb, onlardan karantinlə bağlı çölə hərəkət etmə icazələrini göstərmələrini tələb edirmişlər.



Daha sonra maşına baxış keçirməli olduqlarını həmin şəxslər nəqliyyat vasitələrində olan pulu oğurlayırmışlar.



Qeyd etmək lazımdır ki, Fransada martın 17-dən tətbiq edilən xüsusi karantin rejiminə əsasən, insanlar yalnız işə getmək və ya zəruri ehtiyacları təmin etmək üçün evdən çıxa bilərlər. Bu halda isə onların dövlətdən icazə almaları tələb olunur.



Fransa polisinin məlumatına görə, həmin 4 nəfər təkcə nağd pul deyil, avtomobildə olan digər qiymətli əşyaları da oğurlayıblar. Fransız dilində yaxşı danışa bilmədikləri deyilən iranlılar xarici ölkə vətəndaşlarına məxsus ümumilikdə 7 nəqliyyat vasitəsindən oğurluq ediblər. Onlar bu hallardan birində təkcə 1 avtomobildən 12 min avro oğurlayıblar.



Yayılan məlumatlarda oğurluq edən İran vətəndaşlarının adları açıqlanmır.
Bu xəbər oxucular tərəfindən 83 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed