Şrift:
Qərbi Azərbaycanda 44 yeni koronavirusa yoluxma faktı qeydə alınıb
05.05.2020 [11:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində son 24 saatda 44 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.





Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 172 nəfərə, xəstəliyə yoluxanların ümumi sayının isə 2963 nəfərə çatdığını bildirib. Ağazadənin sözlərinə görə, xəstəliyə yoluxanlardan 1468 nəfər tam sağalaraq evlərinə göndərilib.







Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 1025 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha beş nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 108 olub. Qızılbaşın dediyinə görə, infeksiyaya yoluxanlardan 821 nəfər tam sağalaraq evə buraxılıb.





Şərqi Azərbaycan əyalətində isə may 3 tarixində verilən məlumata görə, koronavirus infeksiyasından ölənlərin sayı 382 nəfərə, xəstəliyə yoluxanların sayı 4856 nəfərə çatıb.





Həmədan əyalətində də səhiyyə rəsmiləri xəstəliklə bağlı rəqəmləri açıqlamağı uzun müddət dayandırdıqdan sonra yeni statistika verib. Həmədan Tibb Universitetinin rəisi Rəşid Heydəri Müqəddəm dünən verdiyi açıqlamada əyalətdə koronavirusa yoluxanların sayının 847, infeksiyadan ölənlərin sayının 90 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 704 nəfər tam sağalaraq evlərinə göndərilib.





Güney Azərbaycanın Ərdəbil və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları hələ də pandemiya ilə bağlı yeni rəqəmləri açıqlamaqdan imtina edir.
Bu xəbər oxucular tərəfindən 342 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed