Şrift:
Qoşaçayın zibil problemi həllini tapmır
05.05.2020 [13:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qoşaçay (Miyandab) şəhərinin müxtəlif yerlərində toplanmış zibillərin bələdiyyə tərəfindən təmizlənməməsi əhali üçün ciddi problem yaradıb.





Məlumata görə, şəhərin müxtəlif küçələrində toplanan tullantılar və zibil qutularından ətrafa axan su nəticəsində yaranan üfunət qoxusu xoşagəlməz mənzərə yaradıb.


Sakinlərin dediyinə görə, Qoşaçay əhalisi bir ilə yaxındır ki, bu problemlə üz-üzədirlər və tullanılar bəzən günlərlə küçələrdə qalır, xəstəliyin mənbəyinə çevrilir.





Qeyd edək ki, Qoşaçayın məişət tullantılarının toplanması üçün nəzərdə tutulan poliqon artıq uzun müddətdir ki, dolub və rəsmilərin məsələyə laqeyd yanaşdığına görə yeni poliqon üçün ərazi ayrılması məsələsi hələ də öz həllini tapmayıb.





Alternativ olaraq oktyabr 2019-cu il tarixinə qədər istifadə olunan 200 hektarlıq poliqon da dolduğuna görə ətraf mühit üçün ciddi problem yaranıb. Ekoloji və sanitar normalara cavab verməyən həmin poliqondan axan çirkli sular ətraf ərazidəki kəndlərin təsərrüfat sahələrinə axaraq əkinçilərə ziyan vurub.
Bu xəbər oxucular tərəfindən 161 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed