Şrift:
Gürcüstanın Dmanisi rayonunda yaşayan soydaşlarımıza ərzaq yardımı edilib
05.05.2020 [16:56] - Gündəm, Borçalı
Azərbaycanın Gürcüstandakı səfirliyi və bu ölkədəki Azərbaycanlı İş Adamları Birliyi Prezident İlham Əliyevin çağırışına qoşularaq bu ölkədəki soydaşlarımıza yardım kampaniyasını davam etdirir

Növbəti yardım paketləri mayın 5-də xüsusi karantin rejimi tətbiq olunan Kvemo Kartli - Borçalı bölgəsinin Dmanisi rayonunda bölgə və rayon rəhbərliyinə təqdim olunub.

Səfir Dursun Həsənov deyib ki, Azərbaycan ən ağır günlərdə Gürcüstanın yanında olub. Heç bir zaman Gürcüstana dost və qardaş yardımını əsirgəməyib. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bildirilib ki, yardımlar xüsusi qayğıya ehtiyacı olan 100 ailə üçün nəzərdə tutulub.

Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili göstərilən yardıma, diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq edib. Qubernator deyib ki, gürcü xalqı Azərbaycan dövlətinin bu diqqətini yüksək qiymətləndirir.

Dmanisi bələdiyyəsinin rəhbəri Qeorqi Tatuaşvili də göstərilən diqqət və qayğıya, edilən yardıma görə Azərbaycan Prezidentinə, eləcə də səfirliyə və Azərbaycanlı İş Adamları Birliyinin üzvlərinə minnətdarlıq edib.
Bu xəbər oxucular tərəfindən 584 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed