Şrift:
Pakistanda koronavirusa yoluxanların sayı 21501-ə çatıb
06.05.2020 [11:11] - Gündəm, Sosial
Mayın 6-na olan məlumata görə, Pakistanda COVID-19-a yoluxanların sayı 21501 nəfərə çatıb.

Pakistan mətbuatı xəbər verir ki, Pəncab əyalətində 8103, Sinddə 7882, Xayber-Paxtunxvada 3288, Bəlucistanda 1321, İslamabad şəhərində 464 adam koronavirusa yoluxub.

Bildirilir ki, indiyədək ölkədə koronavirusdan 5782 nəfər sağalıb, 486-sı dünyasını dəyişib.

Hakimiyyət karantin rejimini mayın 9-dək uzadıb.
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed