Şrift:
Abşeron rayonunda yanğın baş verib
06.05.2020 [11:14] - Gündəm, Sosial
Abşeron rayonunda ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə nəticəsində evin dam örtüyü, mətbəxində mebel 10 kvadratmetr sahədə və bir məişət avadanlığı, həmçinin evə bitişik, ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli evin dam örtüyü yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed