Şrift:
İranda daxili aviareyslər bərpa olunub
06.05.2020 [11:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda koronavirusa qarşı mübarizənin daha da gücləndirilməsinə baxmayaraq, yoluxma və ölün halları davam edir.

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur gündəlik mətbuat konfransında deyib. O bildirib ki, hazırda virusa yoluxanların sayı 99 min 970, ölənlərin sayı isə 6340 nəfərə çatıb. Bununla yanaşı, 80 min 475 nəfər sağalıb.

Bu gündən (mayın 6-sı) başlayaraq İranda daxili aviareyslər fəaliyyətə başlayıb. Sərnişinlər hava limanına daxil olarkən 15 dəqiqə ərzində xüsusi testdən keçirilir. Onlarda virus aşkar edildikdə dərhal növbədə dayanan həkim briqadası tərəfindən xəstəxanaya çatdırılrb. Virus aşkar edilmədikdə isə sərnişin yoluna davam edə bilər. Hava limanında və təyyarədə tibbi maskadan istifadə mütləqdir. İran İordaniya və Qətər dövləti ilə hava əlaqəsini kəsməyib. Tehranın İman Xomeyni beynəlxalq hava limanından bu dövlətlərə reyslər davam edir.

İranın “Piştaz tib” innovasiya şirkətinin direktoru Yaşar Fərruxzadə bildirib ki, koronavirusu müəyyən etmək üçün şirkətin istehsal etdiyi test sistemi artıq Avropa ölkələrinə ixrac edilir. İlk olaraq Almaniyaya 40 min test sistemi göndərilib. Polşa, Türkiyə və digər ölkələr də bu test sistemindən almaq üçün şirkətə sifariş verib.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed