Şrift:
Güney azərbaycanlı milli fəal İrəc Bədəli saxlanılıb
06.05.2020 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz şəhərində güney azərbaycanlı milli-mədəni fəal İrəc Bədəli İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.





Məlumata görə, milli fəal mayın 4-də iş yerindən çıxarkən tutulub.





Onun yaxınlarının bildirdiyinə görə, İranın Təhlükəsizlik Təşkilatının əməkdaşları keçən həftə İrəc Bədəliyə zəng edərək onu bu idarəyə çağırmışdılar, lakin milli fəal bu qeyri-qanuni tələbi rədd edərək məhkəmə tərəfindən yazılı olaraq çağırış vərəqəsinin göndərilməsini istəmişdi.





İrəc Bədəlinin hansı səbəbdən tutulduğu və harada saxlanıldığı barədə hələlik heç bir məlumat yoxdur. .
Bu xəbər oxucular tərəfindən 283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed