Şrift:
Britaniya koronavirusdan ölüm sayına görə Avropada birinci yerə çıxıb
06.05.2020 [11:19] - Xəbərlər, Siyasət
Böyük Britaniya yeni növ koronavirusdan (COVID-19) ölüm sayına görə Avropada birinci yerdədir.



“The Independent”in verdiyi xəbərə görə, bu barədə Britaniyanın Milli Statistika Ofisi məlumat yayıb.



Məlumata görə, aprelin 24-dək İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyada koronavirusdan ölənlərin sayı ümumilikdə 32 313 nəfərə çatıb.


Milli Statistika Ofisindən bildirilib ki, aprelin 24-dək olan hesablamalarda ölümlərin 71,8 faizi (19 643) xəstəxanalarda qeydə alınıb. Yerdə qalan ölüm halları yaşayış evləri və digər yerlərdə baş verib.



Xatırladaq ki, Avropada koronavirusdan ölüm hallarının daha çox qeydə alındığı İtaliyada və İspaniyada müvafiq olaraq 29 079 və 25 613 nəfər xəstəlikdən vəfat edib.
Bu xəbər oxucular tərəfindən 77 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed