Şrift:
İran Kürdüstanında yaraqlı kürdlərlə silahlı qarşıdurmada 3 “Sepah”çı öldürülüb. Öldürülənlərdən biri "Sepah" polkovnikidir
06.05.2020 [11:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Kürdüstan əyalətinin Divandərə şəhəri yaxınlığında naməlum kürd yaraqlıları ilə baş verən silahlı qarşıdurmada “Sepah” terror təşkilatının 3 üzvü öldürülüb. Atışmada öldürülənlərdən biri “Sepah” polkovnikidir.



Yayılan məlumata əsasən, silahlı qarşıdurma mayın 5-i sübh saatlarında “Sepah” qüvvələri bölgədə reyd keçirərkən baş verib. Atışma nəticəsində Kürdüstan “Sepah”ının əyalət qərargahının müavini polkovnik Şəkiba Səlimi, digər “Sepah”çılar, Cəfər Nizampur və Məhəmməd Şükri ilə birlikdə güllə yarası alaraq yerindəcə həlak olublar.



İranda fəaliyyətinə qadağa qoyulmuş Kürdüstan Demokrat Partiyası bəyanat yayaraq, naməlum yaraqlı kürdlərlə “Sepah”çılar arasında silahlı qarşıdurmanın “Sultan” və “Çehel Çeşmə” dağlarının ətəklərində yerləşən “Nərgislə” və “Ajuan” kəndləri yaxınlığında baş verdiyini açıqlayıb. Bəyanatda yaraqlı kürdlərin hansı kürd təşkilatına bağlı olması açıqlanmayıb.



“Sepah”ın “Həmzə Seyidüşşühəda” qərargahı isə baş vermiş insidentlə bağlı yaydığı bəyanatda, silahlı qarşıdurmada bir neçə yaraqlı kürdün öldürüldüyünü bildirib. Bəyanatda hadisənin detalları açıqlanmayıb.

Hələlik hər hansı bir kürd təşkilatı “Sepah” qüvvələrinə hücumu öz üzərinə götürməyib.
Bu xəbər oxucular tərəfindən 291 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed