Şrift:
DYP: Ötən gün xüsusi karantin rejimi qaydalarını pozan 423 nəfər cərimələnib
06.05.2020 [11:43] - Gündəm, Hüquq
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən gün xüsusi karantin rejimi qaydalarını pozan şəxslərin sayını açıqlayıb.

İdarədən bildiriblər ki, ölkədə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 5-də saat 00:00-dan mayın 6-da saat 00:00-dək olan müddətdə respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 423 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.
Bu xəbər oxucular tərəfindən 216 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed