Şrift:
Mark Milley: "İranın peyk daşıyan raket texnologiyası narahatlığa səbəb olur"
06.05.2020 [13:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Birləşmiş Ştatları ordusunun Müştərək Komandanlığının komandanı, general Mark Milley İranın peyk daşıyan raket texnologiyasının narahatlıq doğurduğunu deyib.



O, ABŞ Müdafiə Nazirliyi- Pentaqonda keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, İranın kosmosa göndərdiyi peykin özünün deyil, onu aparan raketin hazırlanmasında tətbiq edilən texnologiya narahatlığa səbəb olur.



"Raketlər müxtəlif missiyalar həyata keçirə bilirlər. Biri peyk daşıyır, digəri isə partlayıcı maddələr. Bu səbəbdən İranın hər zaman uzaq mənzilli ballistik raket sınağı narahatlıq doğurur", - deyə Mark Milley əlavə edib.



Xatırladaq ki, aprelin 22-də "Sepah" terror təşkilatı yaydığı bəyanatda kosmosa "Nur" adlı hərbi peyk göndərdiyini bəyan etmişdi.



ABŞ, İngiltərə, Fransa və Almaniya sonrakı günlərdə məsələyə verdikləri reaksiyada İranın bu addımını kəskin pisləmiş, onun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə ziddiyyət təşkil etdiyini bildirmişdilər.
Bu xəbər oxucular tərəfindən 78 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed