Şrift:
Zəncanda kitab mağazaları iflas həddində
06.05.2020 [15:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Zəncan şəhərində kitab və dəftərxana ləvazimatı satan mağazalar iflasın astanasındadır.





Bu barədə Zəncanın Dəftərxana Ləvazimatı Satanlar Birliyinin sədri Firudin Rüstəmxani məlumat verib.





İranın “Fars” xəbər agentliyinə müsahibə verən Rüstəmxani dəftərxana ləvazimatı satan mağazaların satışının 10 dəfə azaldığını bildirib.





Onun dediyinə görə, koronavirus pandemiyasının yayılması, eləcə də ölkədə yaşanan iqtisadi böhran nəticəsində bir tərəfdən dəftərxana ləvazimatı bahalaşıb, digər tərəfdən müştəri və alıcı qüvvəsi demək olar ki, yox səviyyəsinə düşüb.





Rüstəmxani kitab mağazalarının dərs kitabı satma icazəsinin təhsil nazirliyi tərəfindən ləğv edilməsi məsələsinin də bu sektora ciddi ziyan vurduğunu, kitab satanları iflas həddinə çatdırdığını bildirib.





O əlavə edib ki, Zəncanda fəaliyyət göstərən 65 kitab mağazası son dövrlərdə ciddi ziyan görüb və koronavirus pandemiyası yayıldığından etibarən satışları sıfıra enib.
Bu xəbər oxucular tərəfindən 378 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed