Şrift:
İranın Loristan əyalətinin iki bölgəsində zəlzələ baş verib
06.05.2020 [15:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün İranın Loristan əyalətinin Firuzabad və Sarab Dövrə şəhərlərində zəlzələ baş verib.



Yerli media orqanlarının məlumatına görə, Firuzabadda zəlzələnin gücü 5.1, Sarab Dövrədə isə 3.1 bal olub. Firuzabadda zəlzələ saat 12:37 radələrində qeydə alınıb.



Tehran Universitetinin Geofizika İnstitutu yeraltı təkanların episentirinin Firuzabad bölgəsində, yerin 7 kilometr dərinliyində olduğunu bildirib.



Hələlik mümkün təlafatlar və dağıntılar barədə ətraflı məlumat yayılmasa da, "Fars" agentliyi zəlzələ nəticəsində bəzi evlərin divarlarında çatların əmələ gəldiyi barədə xəbər yayıb.



Yeraltı təkanların Xürrəmabad, Bürucird, Alaştər və Dilfan rayonlarında da hiss edildiyi deyilir.
Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed