Şrift:
Hindistanda COVID-19 infeksiyasına yoluxanların sayı 50 minə yaxınlaşır
06.05.2020 [15:17] - Xəbərlər, Sosial
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 2958 yeni yoluxma və 126 ölüm qeydə alınıb.

Hindistanın Səhiyyə Nazirliyi xəbər verir ki, bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 49 min 391 nəfərə, ölənlərin sayı isə 1694-ə çatıb. Hindistan yoluxanların sayına görə dünyada 15-ci sıradadır.

Səhiyyə Nazirliyi indiyədək 13 min 160 nəfərin sağalaraq xəstəxananı tərk etdiyini açıqlayıb. Sağalma göstəricisi 28,71 faizdir. Ən çox yoluxma və ölüm Maharaştra və Qucarat ştatlarında qeydə alınıb.

Qeyd edək ki, martın 25-də Hindistanda COVID-19 pandemiyası ilə əlaqədar 21 günlük xüsusi karantin rejimi elan olunmuşdu. Karantin rejimi əvvəlcə mayın 3-dək, daha sonra isə mayın 17-dək uzadılıb.
Bu xəbər oxucular tərəfindən 152 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed