Şrift:
Misirdə koronavirusa yoluxanların sayı 7588 nəfərə çatıb
07.05.2020 [11:27] - Xəbərlər, Sosial
Misirdə son sutka ərzində COVID-19 virusuna 387 yoluxma faktı qeydə alınıb.

Misir Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların ümumi sayının 7588 nəfərə çatdığı qeyd olunur.

Məlumatda mayın 6-da COVID-19 virusundan 17 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 469 nəfərə çatdığı bildirilib. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 85 nəfər sağalıb, ümumilikdə 1815 pasiyent tam müalicə olunub.

Misirin Baş Naziri Mustafa Mədbuli bildirib ki, ölkədə tibbi maskaların istehsalı artırılır. O, əhalini pandemiyadan qorunmaq üçün daha ehtiyatlı davranmağa çağırıb. Qeyd edib ki, tibbi maskalardan istifadə insanların həyat tərzinə çevrilməlidir.
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed