Şrift:
Güney Azərbaycanda meşə ağaclarının kəsilməsi davam edir
07.05.2020 [11:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son günlərdə sosial şəbəkələrdə Güney Azərbaycanın Urmiya şəhərində yerləşən “Cəngəli Park”ıda meşə ağaclarının kəsilməsi ilə bağlı görüntülər yayılıb.





Qərbi Azərbaycan əyalətinin Meşələr, Otlaqlar və Su hövzələri Təşkilatının sədri Hadi Qasimi Sepaha bağlı “Təsnim” xəbər agentliyinə verdiyi müsahibədə hadisənin üç ay qabaq baş verdiyini, ərazidə aparılan tikinti işlərinin dayandırıldığını iddia edib.





Güney Azərbaycanın müxtəlif bölgələrində meşə ağaclarının vaxtaşırı dövlətin icazəsi ilə və ya qeyri-qanuni şəkildə kəsilməsi ətraf mühit tərəfdarlarının ciddi nigaranlığına səbəb olur.





Keçən həftələrdə də Güney Azərbaycanın Xoy, Təbriz, Parsabad və Binab şəhərlərində meşə ağaclarının kütləvi şəkildə kəsilərək digər əyalətlərə daşındığı ilə bağlı məlumatlar yayılmışdı.





Qeyd edək ki, Urmu gölü böhranı ilə bağlı Güney Azərbaycanda əlavə yaşıllıq sahəsinə ehtiyac var. Bu, ən azı göldən qalxan duz və qum fırtınalarının ətraf məntəqələrə yayılmasının qarşısını almaqda müəyyən rol oynaya bilər. Belə bir vəziyyətdə onsuz da məhdud olan yaşıllıq sahələrinin sıradan çıxarılması Azərbaycanın ətraf mühitini ciddi təhlükə ilə üz-üzə qoyur.
Bu xəbər oxucular tərəfindən 103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed