Şrift:
Avropa Komissiyası: Aİ tarixinin ən dərin tənəzzülünə qədəm qoyub
07.05.2020 [11:43] - Xəbərlər, Siyasət
Avropa İttifaqı (Aİ) koronavirus pandemiyası nəticəsində tarixinin ən dərin tənəzzülünə qədəm qoyub.


"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu qiymətləndirməni Avropa Komissiyasının bahar proqnozunu təqdim edən Avropa İqtisadiyyat Komissarı Paolo Centilone deyib.


Onun sözlərinə görə, 2020-ci ildə Aİ-də iqtisadi geriləmə 7,4%, avrozonada isə 7,7% təşkil edəcək.


P. Centilone qeyd edib ki, bərpa yalnız gələn ildən başlayacaq, lakin bu, tənəzzülü kompensasiya etməyə imkan verməyəcək.
Bu xəbər oxucular tərəfindən 83 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed