Şrift:
Ruhani: "Silah embarqosunun müddətinin uzadılmasını heç bir vəchlə qəbul etməyəcəyik"
07.05.2020 [11:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidenti Həsən Ruhani bu gün Hökumət Kabinetinin iclasında bildirib ki, ölkəsi heç bir vəchlə silah embarqosunun müddətinin uzadılmasını qəbul etməyəcək.



O, bu istiqamətdə 4+1 ölkələrinin rəhbərlərinə ünvanladığı məktubda bu halın baş verdiyi təqdirdə, ölkəsinin atacağı addımlar və "ağır nəticələrlə" bağlı onlara xəbərdarlıq etdiyini deyib.



"Həmin ölkə rəhbərləri sanksiya uzadılarsa, bizim nə edəcəyimizi yaxşı bilirlər. Mən məktubda 4+1 ölkələri rəhbərlərini bildirmişəm ki, əgər belə olsa, biz də elə edəcəyik. Onlar da yaxşı bilirlər ki, belə xəta etdikləri təqdirdə, hansı nəticələr və məğlubiyyətlə üzləşəcəklər", - deyə Ruhani təhdid edib.



Ruhani Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının ölkəsinə qarşı qəbul etdiyi sözügedən silah alışı və satışı sanksiyasını bu ilin oktyabr ayında uzadacağı təqdirdə, hansı addımlar atacaqlarını və 4+1 ölkələrini nə ilə təhdid etdiyini açıqlamayıb. Lakin bir neçə gün əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi bildirmişdi ki, bu hal yaşanarsa, rəsmi Teharn nüvə razılaşmasını tamamilə tərk edəcək.



Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pempeo sanksiyanın müddətinin daimi uzadılması üçün BMT TŞ-nın bəzi üzv ölkələri rəhbərlərinə qətnamə layihəsi təqdim edib. Pompeo bir neçə gün əvvəl bildirmişdi ki, embarqo ləğv edilsə belə, rəsmi Vaşinqton İranın pilotsuz uçan aparat, raket, tank, qırıcı və digər bu kimi mütərəqqi hərbi ləvazimatlar almasına imkan verməyəcək.
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed