Şrift:
Alman həkim XƏBƏRDARLIQ ETDİ: Dünyanı iki yeni koronavirus dalğası gözləyir
07.05.2020 [12:14] - Gündəm, Sağlıq
Dünyada yayılan koronavirusun ikinci dalğası demək olar ki, qaçılmazdır və bundan sonra COVID-19 pandemiyasının üçüncü dalğası da başlaya bilər.

Bu barədə Almaniyanın Robert Kox İnstitutunun rəhbəri Lotar Viler məlumat verib. Onun fikrincə, yeni növ koronavirus infeksiyası dünya əhalisinin 60-70 faizi xəstələnənə qədər yayılacaq.


“Demək olar ki, ikinci dalğanın olacağını bilirik. Bəzi həmkarlar üçüncü koronavirus dalğasının çox ehtimal olunduğunu düşünür”, - deyə Viler açıqlama verib.


Mütəxəssis insanları sosial məsafəni qorumağa çağırıb.


Xatırladaq ki, Sankt-Peterburq Universitetinin alimləri də hesab edir ki, Rusiyada koronavirusla bağlı vəziyyət nəzarət altına alınsa da, istirahət etmək üçün tezdir: önümüzdəki aylarda xəstəliyin ikinci dalğası gələ bilər.
Bu xəbər oxucular tərəfindən 60 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed