Şrift:
Güclü külək Ağsuda fəsadlar törədib
07.05.2020 [12:22] - Xəbərlər, Hadisə
Ötən gün günortadan sonra Ağsu rayonunda yağan leysan axşamüstü, saat 18 radələrindən sonra güclü küləklə əvəz olunub və iki saat davam edən külək bir sıra fəsadlar törədib.

Rayon fövqəladə hallar komissiyasından bildirilib ki, güclü külək daha çox elektrik enerjisinin verilişində problemlər yaradıb. Belə ki, Ağsu şəhəri, eləcə də bütün kənd yaşayış məntəqələri işıqsız qalıb. Axşam saat 22:00-dan sonra görülən operativ tədbirlər nəticəsində elektrik enerjisinin verilişi tədricən bərpa olunmağa başlayıb. Mayın 7-də saat 11:00-dək rayon mərkəzində, eləcə də 55 kənd yaşayış məntəqəsində bərpa işləri görülüb və yaşayış məntəqələrinə elektrik enerjisi verilib. Bərpa işləri davam etdirilir.

Hazırda yaradılan operativ qərargah güclü küləyin törətdiyi digər fəsadları araşdırır.
Bu xəbər oxucular tərəfindən 130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed