Şrift:
Amerika coronovirusun yaranmasına dair hesabat hazırlayır
07.05.2020 [12:27] - Xəbərlər, Siyasət
“Amerika coronovirusun yaranmasına dair hesabat hazırlayır”

Amerika Birləşmiş Ştatları coronovirusunun mənbəyinə dair hesabat açıqlayacaq. Bu barədə prezident Donald Tramp danışıb.O, yaxın günlərdə sənədin ictimayətə təqdim olunacağını deyib.Coronavirus təhlükəsi yaşanandan bəri ilk dəfə ölkə daxilində səyahət edən prezident, yola düşmədən əvvəl, Ağ Evdə jurnalistlərin suallarını cavablandırdı.

“Bəli bizim virusun harda başlamasına dair, sübutlara əsaslanan əla ideyamız var. Bir neçə gündən sonra mən bu barəd sizə report edəcəm. Virus harda başlayıb, harda yayılıb. Məndən çox insan bu barədə soruşacaqlar. Amma demək istəyirəm tələsməyin və biz sizə qısa zamanda bildirəcəyik”

Məsələ ilə bağlı Çin rəhbərliyi ilə danışmadığınıdeyən Trump, coronavirusun mənbəyi ilə bağlı informasiyalar mövzusunda rəsmi Pekini şəffaf olmağa cağırdı.Tramp, virusun ortaya çıxdığı ilk günlərdə Çinin addımlarını tərifləsə də bir müddət sonra onlar barəsində sərt ifadələr işlətmişdi.

‘‘Onları şəffaf olmağa, açıq olmağa çağırırıq. Biz həqiqəti bilməliyik ki, bir daha onun təkrarlanmasına yol verilməsin. ’’

Dövlət Katibi Mayk Pompeyo da yeni tip coronavirusunun Çindəki bir labaratoriyada yayılmasına dair detallara sahib olduqlarını demişdi. Çinin dəstəklədiyi Vuhan viroloji institutu isə iddiaları rədd etsə də ortaya əsaslı cavab qoya bilmir.Elə bu səbəbdən də bəzi mütəxəsislər, teorik olaraq virusun Vuhandakı laboratoriyadan, qəza nəticəsində yayıldığını heçə saymırlar.Virusun Amerikada yayılmasının qarşısını almaqda əsas fiqur olan dr. Fauci isə özü istəməsə də siyasətin tam ortasına düşüb. O, respublikaçıların komisiyyasında ölkənin virusla mücadiləsindəki addımlarına dair ifadə verməyə gedəcəmk.Lakin, demokratların çoxluq təşkil etdiyi təmsilçilər məclisində isə iştirak etməyəcək. Prezident Trump seçki öncəsi demokratların Anthony Fauciyə quyu qazdığını düşünür. “Bu bir tələdir.Onlar Tramp düşmənləridir.Demokratlar özlərindən utanmalıdırlar.Seçkini qazana biməyəcəklər.Sitatın sonu.
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed