Şrift:
Azərbaycan Prezidentinin qəbul etdiyi qərarlar böyük fəlakəti önlədi
07.05.2020 [12:32] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: "Azərbaycanın sistemli, mütəşəkkil davranışı Qoşulmama Hərəkatında da yaxşı mənada təəccüb dogurdu”

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü iləQoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-dəvideokonfrans vasitəsiləkoronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik”mövzusunda Zirvə görüşü keçirildi.Zirvə görüşü bir daha təsdiqlədi ki, Azərbaycan Prezidentinin Qoşulmama Hərakatında fəaliyyətiçox uğurlu olub.

Mövzu iləbağlıMilli Dirçəliş HərəkatıPartiyasının sədri Fərəc Quliyevdən fikirlərini öyrəndik.

- Fərəc bəy Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan videokonfransda qoşulmama hərəkatına üzv dövlətlərin başçıları koronavirusla bağlı Azərbaycan prezidentinin apardığı işləri yüksək qiymətləndirdilər. Bunu necə şərh edərdiniz?


- İlham Əliyevin virusun erkən yayılma dövrü vəsonrakı bütün mərhələlərdə qəbul etdiyi qərarlar, böyük fəlakətləri önlədi. Virusla mübarizə tədbirləri ilə yanaşı işini qısa müddətlik itirən insanlara və bu prosesdən mənfi təsirlənən sahibkarlara dəstək məqsədilə vəsait ayrılması da üzv dövlətlərin başçılarının nəzərindən qaçmayıb.Bütün bəşəriyyətin təhdid altında olduğu bu günlərdə post pandemiya dövrühamını düşündürür. Dünyada həyatöz axarına tezliklə düşməyəcək. Qlobal maliyyə bazarlarında hələ uzun müddət durğunluq olacaqdır.Post virus dövründə iqtisadi-siyasi vəziyyəti düzəltməkçətinliklətlə müşaiyət olunacaqdır. Ona görə dəməsələyə lokal baxılmır,harada pozitiv nəticəvarsa oranın təcrübəsi öyrənilir. Tezliklə bu vəziyyətin dəyişməsində hamı maraqlıdır. Açığıböyük və iqtisadi cəhətdənçox güclüdövlətlərin virusla mübarizə dönəmindəki çaşqınlığı təəccüb doğurdu. Azərbaycanın isə təmkinli və qabaqlayıcı,sistemli, mütəşəkkil davranışı da Beynəlxaq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatında yaxşı mənada təəccüb dogurdu. Videokonfransda bu açıqca hiss olunurdu.

- Həm də nəzərə alaq ki, özündə 120 dövləti birləşdirən bir təşkilatla müzakirə aparılırdı…

- Əlbəttə.Doğrudur, Qoşulmama Hərəkatı 1955-ci ildə təsis edildi və hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.Azərbaycan Respublikası 2011-ci ildən Hərəkatın tam hüquqlu üzvüdür.Qoşulmama Hərəkatının prioriteti böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etməküçün kollektiv müdafiə tədbirlərinin istifadəsindənçəkinməkdir. Amma Qoşulmama Hərəkatı əsasnaməsinin 3-cü bəndi BMT Nizamnaməsiçərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etməyi də nəzərdətutur.O baxımdan bu müstəvidə dəAzərbaycanın həm imkanlarınısərgiləməsi, həm bəşəriyyətin təhlükəsizliyi naminə səylərini nümayiş etdirməsi vacibdir. Ən vacibi isə Azərbaycan həqiqətlərini bir daha diqqətə çatdırmaq, gələcəkdə əgər dinc yolla Ermənistan işğal etdiyi ərazilərimizi tərk etməzsə aparacağımız hərbi siyasətin qınanmaması üçün zəmin yaratmaqdı. Xüsusi qeyd edim ki, torpaqlarımızın işğaldan azad olunması Qoşulmama Hərəkatının prinsiplərinəzid deyil. Çünki,Qoşulmama Hərəkatının məqsəd və prinsiplərində əsas insan hüquq və azadlıqlarına hörmət etmək,dövlətlərin ərazi bütövlüyüvə suverenliyinə hörmət etmək, digər dövlətin ərazi bütövlüyünə vəsiyasi müstəqilliyinə qarşıyönəlmişhər hansı bir fəaliyyətdən, eləcə dəgüc tətbiq etməkdən və güc tətbiq etməkləhədələməkdən imtina etmək, ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək kimi ciddi məsələlər aiddir.

- Fərəc bəy, bu istiqamətdə hansı işlər görülüb?

- Azərbaycan Prezidentinin bu müstəvidəki fəaliyyətiçox uğurlu olub. Azərbaycan Qoşulmama Hərəkatı iclaslarında indiyə qədər ciddi qətnamələrin qəbuluna nail olub. Qoşulmama Hərəkatı Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı ilk dəfə 2012-ci il tarixli iclasında sənəd qəbul etmişdir.Yekun Sənədin qəbulu zamanı daxil edilən bənddə Qoşulmama Hərəkatının üzv dövlətləri Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşıgüc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək ifadə etmişdir.Bundan sonra da 2012-ci ildə yekun sənədin391-ci maddəsi, 2014–cü ildə yekun sənədinin 421-ci bəndində vəMarqaritada keçirilmiş Sammitində qəbul edilmişdir. Sənədin 500-cü bəndində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmişqalmasına təəssüflərini ifadə etmiş vəmünaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinədəstəklərini ifadə etmişlər. 2018-ci, 2019-cu illərdədə eyni mövqe sərgilənib.

Nəzərəalsaq ki, Azərbaycan Respublikası 2023-cü iləqədər Hərəkata sədrlik edəcək, onda həm indiyə qədərki fəaliyyətin,həm də Prezident İlham Əliyevin təşəbbüsü ilətəşkil olunan videokonfransın əhəmiyyəti aydın olar.

Bilman İSAQ
Bu xəbər oxucular tərəfindən 682 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed