Şrift:
İranın Qum şəhərində sərnişin mikroavtobus qəzaya uğrayıb. 11 nəfər yaralanıb
07.05.2020 [13:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qum şəhərində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 11 nəfər xəsarət alıb.



Hadisə, mayın 6-sı axşam saatlarında Qumun İmamzada Camal magistral yolunda baş verib. Yayılan məlumata əsasən qəzaya, yüksək sürətlə hərəkətdə olan “Səmənd” tipli minik avtomobilin yol-nəqliyyat qaydalarına riayət etməyərək birdən-birə mikroavtobusdan qabağa keçməyə çalışması səbəb olub. Nəticədə mikroavtobus müvazinətini itirərərək yolkənarındakı maneələrə çırpılaraq aşıb.



Qəza nəticəsində mikroavtobusun 11 sərnişini müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qəzada ölən olmayıb. Yaralılar Qumun “Forqani” xəstəxanasına yerləşdirilib. Onların səhhətinin qənaətbəxş olduğu bildirilir.



Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən yol-nəqliyyat hadisələrində ən azı 28 minə yaxın insan həyatını itirir.
Bu xəbər oxucular tərəfindən 89 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed