Şrift:
Ötən ay muxtar respublikada 395 daşınmaz əmlak obyekti qeydiyyata alınıb
07.05.2020 [13:06] - Gündəm, Hüquq
Aprel ayında muxtar respublikada 395 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 333 texniki sənəd hazırlanıb, yeni yaranmış 19 daşınmaz əmlak obyektinə ünvan verilib, 83 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. 20 vətəndaşa elektron xidmətlər göstərilib.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib ki, torpaqların elektron uçotunun aparılması məqsədi ilə Sədərək rayonunun Sədərək kəndində planaalma işləri davam etdirilib, ay ərzində 1071 daşınmaz əmlak obyekti plana alınıb. 13 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. Şərur rayonunun Kosacan, Xanlıqlar, Ələkli, Çəmənli, Dərvişlər və Siyaqut bələdiyyələrinin torpaqların qida maddələri ilə təmin olunma kartoqramları yenilənərək aidiyyəti üzrə təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 270 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed