Şrift:
Tramp Konqresin prezidentin İranla müharibəyə qərar vermək səlahiyyətini qadağan edən qətnaməyə veto qoyub
07.05.2020 [13:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Donald Tramp Konqresin onun İranla müharibəyə başlamaq üçün səlahiyyətini qadağan edən qətnaməsinə veto qoyub.



O, veto mətnində bu qətnamənin qəbulu istiqamətində demokratlarla birgə hərəkət edən republikaçıları kəskin tənqid edib.



"Bu, 3 noyabrda keçiriləcək seçkilərdə qalib olmaq və respublikaçılar arasında təfriqə yaratmaq üçün demokratların həyata keçirdikləri strategiyasının bir parçası olmaqla yanaşı, çox təhqiramiz bir qətnamədir", - deyə Tramp əlavə edib.



O, qətnaməni dəstəkləyən bir neçə respublikaçının demokratların əllərində oyuncağa çevrildiyini deyib.



Qeyd etmək lazımdır ki, Donald Trampın veto qərarının rədd edilməsi üçün Senat üzvlərinin 2/3-nin səsinə ehtiyac var. Senatda 53 yerlə 47 üzvlü olan demokratlarar qarşısında əksəriyyətə sahib respublikaçıların gələn həftə veto qərarını təsdiqləyəcəkləri gözlənilir.



Sözügedən qətnamə layihəsi fevralın 13-dəç 55 lehinə, 45 əleyhinə səs olmaqla, qəbul edilmişdi. Onun qəbulunə səs verənlər içərisində 8 respublikaçı da var idi.
Bu xəbər oxucular tərəfindən 92 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed