Şrift:
Güclü yağış Xaçmaz rayonunda bir sıra fəsadlar törədib
07.05.2020 [15:27] - Gündəm, Hadisə
Mayın 6-sı axşam saatlarından başlayan güclü yağış Xaçmaz rayonunda bir sıra fəsadlar yaradıb.

Güclü yağış səbəbindən yaranan sel suları Xaçmaz şəhərinin bəzi küçələrində evlərin zirzəmilərinə dolub, həyətyanı sahələri su basıb. Rayonun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər yaranıb.

Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, sakinlərin həyətlərinə dolan suyun çəkilməsi üçün həmin ərazilərə texnika cəlb olunub.

Yağışın yağması ilə əlaqədar rayon ərazisindən keçən çaylarda suyun səviyyəsi artıb.

Hazırda şimal bölgəsinin rayonlarında güclü yağış davam edir.
Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed