Şrift:
Türkiyədə və İraqın şimalında 7 terrorçu zərərsizləşdirilib
07.05.2020 [15:32] - Xəbərlər, Siyasət
Türkiyənin Adıyaman bölgəsində həyata keçirilən antiterror əməliyyatı nəticəsində üç terrorçu məhv edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Hərbi Hava Qüvvələrinin dəstəyi ilə bölgədə keçirilən əməliyyatlar davam etdirilir.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın Şimalındakı Hakurk, Zap və Haftanin bölgələrindəki terror düşərgələrinə dəqiq zərbə endiriblər. Nəticədə dörd PKK terrorçusu zərərsizləşdirilib.
Bu xəbər oxucular tərəfindən 158 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed