Şrift:
Misirdə karantin rejimi daha 15 gün müddətinə uzadılıb
08.05.2020 [09:49] - Xəbərlər, Siyasət
Misirin Baş Naziri Mustafa Mədbuli ölkədə karantin rejiminin daha 15 gün müddətinə - Ramazan ayının sonunadək uzadıldığını bəyan edib. O, hökumətin bu qərarının koronavirusa yoluxma hallarının artması ilə əlaqəli olduğunu bildirib.

Misirdə son sutka ərzində COVID-19 virusuna 393 yoluxma halı qeydə alınıb. Misirin Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların ümumi sayının 7981 nəfərə çatdığı qeyd olunub.

Məlumatda mayın 7-də COVID-19 virusundan 13 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 482 nəfərə çatdığı bildirilib. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 72 nəfər sağalıb, ümumilikdə 1887 xəstə tam müalicə olunub. Eyni zamanda, Misirdə indiyədək 1 milyondan çox insanın koronavirus testindən keçdiyi bildirilib.
Bu xəbər oxucular tərəfindən 65 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed