Şrift:
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
08.05.2020 [10:27] - Gündəm, Hərb
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 26 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Çinari, Tovuz rayonunun Koxanəbi kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Kəngərli kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.
Bu xəbər oxucular tərəfindən 125 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed